DÜNYA


Çin və ABŞ liderlərinin görüşü üç saat yarımdan çox davam edib

Balidə ÇXR-in Sədri Si Cinpin və ABŞ Prezidenti Co Bayden arasında görüş başa çatıb.AZƏRTAC Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, üç saat yarımdan çox davam edən görüş Pekin vaxtı ilə saat 20:48-də (Bakı vaxtı ilə 16:48) yekunlaşıb.Ağ Evin yaydığı məlumata görə, liderlər ABŞ və Çinin münaqişəyə sürüklənməsinin qarşısını almaq üçün prinsiplərin hazırlanmasının vacibliyini müzakirə ediblər. Co Bayden ABŞ-ın Çinlə fəal rəqabət aparmağa davam edəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır