Fotosu Türk və Azərbaycan əsgərinin dostluq rəmzinə çevrildi - qazi Babək Abbasov məşhurlaşacağını gözləmirdi
17.11.2022 [11:07]
Xəbərin mətni
Babək Abbasov 1990-cı ildə Qazaxıstanda anadan olub. 2006-cı ildə ailəsi ilə birgə Vətənə köçüb. Hərbi xidmətdə olan qazimiz dəfələrlə fəxri fərmanlarla təltif edilib.AZƏRTAC xəbər verir ki, Babək hərbi həyatından öncə tikinti şirkətində işləyib. Ağır texnika işlədən Babəkin tanka böyük həvəsi olub. 2014-cü ildən tankçı, tuşlayıcı operator kimi xidmətini davam etdirib.