DÜNYA


Harami yaylasına payız gəlib

Tokatın Almus rayonunda yerləşən Harami Yaylası özünəməxsus təbiət mənzərəsi ilə görənləri heyran edir. Məkan fotoqrafiya həvəskarlarını özünə cəlb edir. Payızın gəlişi bu yaylanı şəhər həyatından uzaqlaşmaq istəyən vətəndaşların sevimli məkanına çevirib. AZƏRTAC xarici mediaya istinadla Harami yaylasının mövsümi görüntülərini təqdim edir.