CƏMİYYƏT


Əbu-Dabidə AZƏRTAC-ın media tərəfdaş kimi iştirak etdiyi Qlobal Media Konqres işini yekunlaşdırıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilmiş “Media sənayesinin gələcəyinin formalaşması” mövzusunda birinci Qlobal Media Konqresi öz işini yekunlaşdırıb.AZƏRTAC xəbər verir ki, BƏƏ-nin Baş nazirinin müavini, Prezident Məhkəməsinin naziri Şeyx Mənsur bin Zayed Əl Nəhyanın himayəsi altında WAM informasiya agentliyi ilə birgə Əbu-Dabi Milli Sərgilər Şirkəti (ADNEC Group) tərəfindən təşkil olunmuş tədbirdə dünyanın müxtəlif ölkələrindən media sektorunun 1200-dən çox təmsilçisi, ekspertlər və jurnalistlər, həmçinin 200-dək media şirkətinin rəhbərləri iştirak ediblər.