MƏDƏNİYYƏT


Lənkəranlı müəllim toxuma üsulu ilə maraqlı oyuncaqlar hazırlayır

Lənkəranın Osaküçə kənd sakini, ixtisasca ingilis dili müəllimi olan Gülay Fərzullayeva maraqlı formada oyuncaqlar hazırlayır. Hazırda Lənkəran rayonu Osakücə kənd Körpələr evi-uşaq bağçasında tərbiyəçi müəllim işləyən Gülay xanım oyuncaqları toxuma üsulu ilə hazırlayır. Toxumanı isə o, Rusiyada yaşadığı vaxt öyrənib.