CƏMİYYƏT


Bakıda “Məhkəmə-hüquq islahatlarının əsas məqsədi ictimai etimad və vətəndaş məmnunluğudur” mövzusunda konfrans keçirilib

Ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunmuş ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə silsilə tədbirlər təşkil edilir. Məhkəmə-hüquq sistemində aparılan islahatların cəmiyyətdə böyük maraq doğurduğu nəzərə alınaraq bayram ərəfəsində Ədliyyə Nazirliyi tərəfindən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə “Məhkəmə-hüquq islahatlarının əsas məqsədi ictimai etimad və vətəndaş məmnunluğudur” mövzusunda konfrans keçirilib.AZƏRTAC xəbər verir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində keçirilən tədbir dövlətimizin başçısının açılışını etdiyi müasir binasının istifadəyə verilməsinin 10 illiyi ilə əlamətdardır.