CƏMİYYƏT


Ağdamda seçilən düzgün və aldadıcı taktika bölmələrimizin cinahlardan irəliləməsinə imkan yaratdı

Azərbaycanın tarixinin təqvimində qırmızı ilə yazılmış daha bir təqvim var: 20 noyabr. Həmin tarix Ağdamın Azərbaycan Ordusunun nəzarətinə keçdiyi gündür.2020-ci ilin sentyabrın 27-də başlanan əks-hücum əməliyyatına düşmən cəmi 44 gün tab gətirə bildi. Hər gün ərazi bütövlüyümüzün kəndbəkənd bərpa olunduğu xəritə 44 gün ərzində tamamlandı. Otuz il ərzində ağır istehkamlar quran, özlərini qalib adlandıran və “yenilməzlik” donuna bürünən Ermənistan ordusunun uydurmaları 2020-ci ilin payızında Azərbaycan əsgərinin şücaəti sayəsində puça çıxdı.