CƏMİYYƏT


Yük maşını ilə minik avtomobili toqquşub, yaralılar var

Göyçayda avtomobil qəzası baş verib, xəsarət alanlar var.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun rayonun Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Özbəkistan vətəndaşı Dastov Raxmat Temuroviçin idarə etdiyi iritutumlu “MAN” markalı yük maşını ilə “Lada” markalı minik maşını toqquşub. Hadisə zamanı zərbənin təsirindən “Lada” markalı avtomobil yoldan çıxaraq kənara düşüb. Nəticədə avtomobildə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıblar.Hazırda fakt araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır