CƏMİYYƏT


Biləsuvarda Mədinə xurması 27 ildən sonra bar verib

Vətəni Ərəbistan yarımadası olan Mədinə xurması düz 27 ildən sonra ölkəmizin Aran rayonlarından birində bar gətirib. Maraqlısı isə xurmanın qış fəslinə yaxın öz rəngi və dadı ilə yetişməsidir.AZƏRTAC xəbər verir ki, respublikamızın ayrı-ayrı bölgələrində təsadüf edilən bu cür qeyri-adi təbiət hadisəsinə bu dəfə Biləsuvarın Bəydili kəndində rast gəlinib.