DÜNYA


Sidneydə məktəbdə partlayış baş verib, 12 nəfər xəsarət alıb

Avstraliyanın Sidney şəhərindəki məktəblərin birində, kimya dərsində elmi təcrübələr zamanı biri müəllim, on biri 10-11 yaşlı şagird olan, ümumilikdə on 12 nəfər xəsarət alıb.
AZƏRTAC xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər zərərçəkənlərə döş qəfəsinin, üz və ayaq nahiyəsinin yanığı diaqnozu qoyublar. İki uşağın vəziyyəti ağırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır