DÜNYA


Hindistanda qatar qəzaya uğrayıb, ölənlər və yaralananlar var

Bazar ertəsi günü Hindistanın şərqindəki Odişa ştatında yük qatarı qəzaya uğrayıb.AZƏRTAC “The Hindu” qəzetinə istinadla xəbər verir ki, qəza nəticəsində azı 3 nəfər ölüb, iki nəfər ağır yaralanıb.Qəzetin yaydığı məlumata görə, insident Cacpur şəhəri yaxınlığındakı Koray dəmir yolu stansiyasında baş verib. Qatarın relsdən çıxan səkkiz vaqonu çoxlu sayda sərnişinin olduğu gözləmə salonuna çırpılıb.Dəmir yolunun həmin hissəsində nəqliyyatın hərəkəti dayandırılıb.