SİYASƏT


Prezident: Azərbaycan dövləti Ulu Öndərin vəsiyyəti əsasında milli-mənəvi dəyərlər üzərində qurulur və inkişaf edir

Biz yoxsulluğu əhəmiyyətli dərəcədə azalda bilmişik. Hətta pandemiya dövründə yoxsulluq bir qədər artsa da postpandemiya dövründə görülmüş işlər nəticəsində minimum əməkhaqqının, pensiyanın minimum məbləğinin müntəzəm olaraq artırılması nəticəsində yoxsulluğu da biz təqribən 5 faiz ətrafında saxlayırıq. Bu da dünya miqyasında çox gözəl göstəricidir.AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyev partiyanın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında bildirib.