CƏMİYYƏT


Səbaildə mağazadan mobil telefon oğurlayan şəxs saxlanılıb

Səbail rayonu ərazisində mobil telefon və məişət əşyalarının satıldığı mağazaların birindən oğurluq edilib. Naməlum şəxs obyektin pəncərəsini qıraraq orada olan 9 ədəd müxtəlif markalı mobil telefonu oğurlayıb. Oğurlanan mobil telefonların dəyəri 24 min manat olub.Səbail Rayon Polis İdarəsinin və 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Kamil Fərəcov saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır