Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində fabrikdə baş verən yanğında 38 nəfər ölüb

22.11.2022 [14:09]

Xəbərin mətni

Çinin Henan vilayətindəki fabrikdə baş verən yanğında 38 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə vilayət hökumətinin açıqlamasında bildirilib. Qeyd edilib ki, Anyan şəhərindəki yanğın nəticəsində 2 nəfər itkin düşüb, 2 nəfər isə xəsarət alıb.