CƏMİYYƏT


Rövşən Yerfi: Məhbus olan qadınlara soyuq münasibət var, görüşünə gələnlər yoxdur

Orada yaşayanlara ailədən çox soyuq münasibət olur. Bəzən heç görüşə gələn yoxdur. Hərdən analar qızlarını görməyə gəlirlər… Bu sözləri AZƏRTAC-a müsahibəsində yazıçı Rövşən Yerfi söyləyib. Son dövlər qadın məhbuslar haqqındakı hekayə, roman və povestləri ilə məşhurlaşan Rövşən Yerfi 17 il Penitensiar Xidmətdə çalışıb. İstefada olan ədliyyə mayoru ilə söhbət zamanı məlum olub ki, əslində yazıçı olmaq onun uşaqlıq arzusudur. Lakin, bu arzunu gerçəkləşdirmək üçün bir ilham pərisinə ehtiyac olub. Beləliklə, R.Yerfi Azərbaycan nəsrində ilk olaraq xidmət əməkdaşı kimi məhbəs povestini qələmə alıb.