Çində COVID-19 virusuna sutkalıq yoluxma sayı 30 mini ötüb
24.11.2022 [17:42]
Xəbərin mətni
Çində pandemiyanın hazırkı dalğasında sutkalıq yoluxma sayı 30 mini ötüb.AZƏRTAC Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, ötən sutka ölkədə 31 min 444 yoluxma, o cümlədən 27 min 517 asimptomatik yoluxma və bir ölüm qeydə alınıb. Bu, hazırkı dalğada ən yüksək sutkalıq yoluxma sayıdır.