CƏMİYYƏT


Fransada yaşayan azərbaycanlı tədqiqatçılar Ağdamda ermənilərin törətdiyi vəhşiliklərlə tanış olublar

Fransada yaşayan Təbriz əsilli azərbaycanlı tədqiqatçılar Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi nümayəndələrin Ermənistan silahlı qüvvələrinin işğal zamanı Ağdam şəhərində törətdiyi vəhşiliklərlə, cinayət izləri ilə, həmçinin Ağdam işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən aparılan tikinti-quruculuq işləri ilə tanış etmək olub. Fransada yaşayan azərbaycanlı tədqiqatçılar əvvəlcə Sarıcalı kəndi yaxınlığında minalanmış əraziyə gəliblər. Onlara Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilib.