CƏMİYYƏT


Şəhid Qələndər Alıyevin anım mərasimi keçirilib

Çox istəyərdim ki, sizləri Qələndərin şad günü münasibətilə bir yerə yığım. Təəssüf ki, iki il əvvəl bu arzumu elə qəlbimdəcə dəfn elədim. İki övlad anasıyam. Yeganə oğlumun toyunu görmək mənə də nəsib olmadı. Onun bəy otağını bəzəmək əvəzinə məzarını bəzəmişəm. Yoxluğunu qəbul edə bilmirəm. Mənə elə gəlir ki, nə vaxtsa, möcüzə baş verəcək və onu yenidən görəcəyəm. Bəlkə də yaşamaq üçün mənə güc verən elə bu arzu, bu istəkdir. Doğrudur, qəlbim qan ağlayır, amma Qələndərlə fəxr edirəm.AZƏRTAC xəbər verir ki, bunu Vətən müharibəsi şəhidi Qələndər Alıyevin anası Sevda Alıyeva noyabrın 28-də keçirilən anım mərasimində deyib.