Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənubi azərbaycanlı tədqiqatçılar Füzulidə erməni barbarlığı barədə ətraflı məlumatlandırılıblar

29.11.2022 [19:15]

Xəbərin mətni

Fransada yaşayan Təbriz əsilli azərbaycanlı tədqiqatçılar erməni işğalından azad edilmiş Ağdam və Şuşa şəhərlərindən sonra noyabrın 29-da Füzuli rayonunda olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Ərk” İnsan Hüquqları Müdafiə Komitəsinin sədri Jalə Təbrizli və hüquq müdafiəçisi, yazıçı-tədqiqatçı Maşallah Rəzmi əvvəlcə Füzuli şəhərinin mərkəzinə gəliblər. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı tərəfindən ermənilərin işğal zamanı törətdikləri vəhşiliklər barədə məlumat verilib.