Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində sonuncu kosmonavt qrupu orbitə göndərilib

30.11.2022 [10:20]

Xəbərin mətni

Çinin kosmik stansiyasının quraşdırılması üçün sonuncu missiya olan “Şencou-15”ə (“Shenzhou-15”) start verilib.
AZƏRTAC Çinin Kosmos Agentliyinə istinadla xəbər verir ki, kosmik gəmini orbitə aparan “Böyük yürüş-2F Y15” (Long March-2F Y15) raketdaşıyıcısının buraxılışı yerli vaxtla axşam saat 23:08-də Qobi səhrasındakı Ciuçüən kosmodromunda baş tutub.