CƏMİYYƏT


Cansız quş və heyvanların toplaşdığı zoopark

Quba rayonunun Birinci Nügədi kəndində yaşayan Etibar Qəhrəmanov hobbisini gəlir mənbəyinə çevirən insanlardandır.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Etibar Qəhrəmanov uşaq yaşlarından rəssamlığa böyük maraq göstərsə də, bu sahədə təhsil almayıb. Bir müddət heykəltəraşlıqla məşğul olan sənətkar, son iki ildə abstrakt janrda əl işləri hazırlamağa başlayıb.