Sofiyada Şərqi Avropanın ən böyük planetariumu açılıb
30.11.2022 [19:30]
Xəbərin mətni
Bolqarıstanın paytaxtı Sofiyada Şərqi Avropada kosmosun tədqiqi üzrə ən böyük mərkəzə çevrilən ölkənin ilk planetariumunun açılışı olub.AZƏRTAC xəbər verir ki, strukturun zallarında ulduzlu səmanın xəritəsi nümayiş etdirilir, kompleksin muzey eksponatları arasında meteorit fraqmentləri və kosmik uçuş aparatlarının hissələri təqdim olunur, rəsədxanada ziyarətçilər müasir teleskoplardan istifadə edə bilirlər.