Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bursada təyyarə qəzası baş verib, iki nəfər ölüb

01.12.2022 [19:32]

Xəbərin mətni

Türkiyənin Bursa vilayətində təyyarə qəzası baş verib. Hadisə nəticəsində iki nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bursa valisi Yakup Canbolat bildirib.
Vali qəzaya uğrayan birmühərrikli təyyarənin Bursanın Osmanqazi rayonu ərazisinə düşdüyünü deyib.