CƏMİYYƏT


İşgüzar xanım: İnsan öz sevdiyi işlə məşğul olduqda daha çox uğur qazanır

AZƏRTAC-ın “İşgüzar Xanımlar” layihəsinin bu dəfəki qonağı qənnadçı Gülnar Rəsulovadır. O, müxtəlif xarici ölkələrdə şirniyyatla bağlı biliklər əldə etdikdən sonra özünün “Kulinariya İncəsənəti Məktəbi”ni yaradıb. G.Rəsulova biznes sahibi olmaq istəyən xanımlara kurslar keçdikdən sonra, həmin şəxslərin hazır kadrlar olaraq işlə təmin olunmasına da köməklik göstərir. Həmçinin, bu gənc sahibkar xanım Qarabağa qayıdışla bağlı müxtəlif layihələrdə də fəal iştirak edir.