CƏMİYYƏT


“Sevgi əngəl tanımır” xeyriyyə aksiyası zamanı 130 uşaq müayinə olunub

Dekabrın 3-də Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə Liv Bona Dea Hospitalının təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Sevgi əngəl tanımır” xeyriyyə aksiyası təşkil olunub. Tədbirdə yerli qurumların nümayəndələri ilə yanaşı, Türkiyədən gələn qonaqlar da iştirak ediblər.AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində 130 uşaq müayinə edilib. Tədbir çərçivəsində, həmçinin aztəminatlı ailələrin uşaqlarına 100 ədəd qış geyimi hədiyyə edilib.