CƏMİYYƏT


"Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası

“Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası ənənəvi olaraq bu il də öz işini davam etdirir. Əhali arasında “Bakının qış nağılı” kimi tanınan yarmarka ölkənin hər yerindən “Nargis” Fonduna müraciət edən onlarla ailəyə ümid bəxş edir. Bu ildən etibarən yarmarka ərazisində hər bir böyük evin üzərində quraşdırılmış xüsusi QR kodu skan edərək ötən illərdə keçirilmiş yarmarkaların dəstəyi ilə əməliyyat olunmuş uşaqların hekayələri ilə ətraflı tanış olmaq mümkündür. Xeyriyyə yarmarkası 15 yanvar 2023-cü il tarixinədək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Yarmarkaya giriş sərbəstdir.