“GünazTV”nin rəhbəri Əhməd Obalı Ağalı kəndində olub
04.12.2022 [16:21]
Xəbərin mətni
Dekabrın 4-də Güney Azərbaycanın milli fəalı, “GünazTV”nin rəhbəri Əhməd Obalının Cəbrayıla və Zəngilana səfərinin növbəti ünvanı Ağalı kəndi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət edən Əhməd Obalı Ağalı kəndinə gələn zaman Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov tərəfindən qarşılanıb.