İndoneziyada Semeru vulkanının püskürməsi səbəbindən 2000 nəfər təxliyə edilib
05.12.2022 [12:15]
Xəbərin mətni
İndoneziyanın Yava adasında Semeru vulkanının püskürməsi səbəbindən həmin əyalətdən 2000-dək insan təxliyə edilib.AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, İndoneziya Nəqliyyat Nazirliyi vulkan püskürməsinin aviadaşımalara təsir göstərmədiyi, lakin iki regional aeroporta ayıq-sayıq olmaq üçün bildiriş göndərildiyi barədə məlumat yayıb.Vulkan nəticəsində həlak olan və ya yaralananlar barədə məlumat verilməyib.