CƏMİYYƏT


Brüsseldə mədəniyyətlərarası dialoqun qlobal təhlükəsizlikdə rolu müzakirə olunur

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşəbbüsü, “New Direction” Avropa islahatlar Fondu, Avropa təhlükəsizliyi və dini azadlıq İnstitutunun birgə təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüssel şəhərində “Təhlükəsiz dünya naminə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda konfrans işə başlayıb. Konfrans təməli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulmuş “Bakı Prosesi”ni davam etdirərək, dinlər və mədəniyyətlər arasında dialoqun inkişafına təkan vermək məqsədi daşıyır.