İstanbulda sərnişin nəqliyyatındakı qəzada 33 nəfər xəsarət alıb
05.12.2022 [16:23]
Xəbərin mətni
İstanbulun Eyüpsultan rayonunda tramvayla sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanların sayı 33-ə yüksəlib. Bəzilərinin vəziyyəti ağırdır.AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı İstanbul valisi Ali Yerlikaya açıqlama verib.Bildirilib ki, toqquşmanın təsirindən sürətlənən avtobus iki avtomobilə və təhlükəsizlik kabininə çırpıldıqdan sonra dayana bilib.