CƏMİYYƏT
Yasamal rayonunda moped oğruları saxlanılıblar
05.12.2022 [17:14]
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı rayon ərazisində baş verən silsilə oğurluq hadisələri törədən şəxslər saxlanılıblar. Tədbir zamanı müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus mopedləri oğurlayan dəstənin üzvləri – Ümid Hüseynzadə, Nurlan Hüseynov və Məhəmməd Əligülüzadə tutulublar. Onların təkcə Yasamal rayonunda ümumi dəyəri 12 min manata yaxın olan 5 ədəd moped oğurladıqları müəyyən edilib. Dəstə üzvləri oğurladıqları mopedləri isə paytaxt ərazisində müxtəlif şəxslərə günü 10-12 manata icarəyə verərək pul əldə ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
30.01.2023 [16:48]
30.01.2023 [16:41]
30.01.2023 [16:19]
30.01.2023 [11:44]
30.01.2023 [11:12]
25.01.2023 [19:35]
19.01.2023 [11:33]
30.01.2023 [15:12]
26.01.2023 [21:07]
30.01.2023 [15:07]
30.01.2023 [13:10]
30.01.2023 [18:16]