CƏMİYYƏT


Bakıda Azərbaycan könüllülərinin V həmrəylik forumu keçirilib

Dekabrın 5-də Bakıda Azərbaycan könüllülərinin V həmrəylik forumu keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub.Qeyd edək ki, forum 5 dekabr - Beynəlxalq Könüllülər Gününə həsr olunub.Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci ilin Azərbaycanda "Könüllülər ili" elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncam gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədinə xidmət edib.