CƏMİYYƏT


BNA: Nəqliyyat sıxlığının aradan qaldırılması üçün əsas məsələ avtobus zolaqlarının təşkilidir

Tıxacların aradan qaldırılması üçün əsas məsələ avtobus zolaqlarının təşkil olunmasıdır. AZƏRTAC xəbər verir ki, bu sözləri xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. O xatrıladıb ki, oktyabrın 3-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müzakirələr nəticəsində Bakıda tıxacların aradan qaldırılması ilə bağlı tədbirlər planı hazırlanıb və qurumlar qarşısında bir sıra tapşırıqlar qoyulub.