RƏSMİ


“Akademik Xoşbəxt Yusifzadə” tankeri istismara verilib Prezident İlham Əliyev mərasimdə iştirak edib

Dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, ASCO-nun sədri Rauf Vəliyev dövlətimizin başçısına yeni nəsil tanker haqqında məlumat verdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır