CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyi Yeni il bayramı ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.FHN-dən AZƏRTAC-a daxil olan müraciətdə bildirilib ki, qarşıdan hər kəsin böyük sevinclə qeyd etdiyi Yeni il bayramı gəlir. Bu münasibətlə bəzədilən küknar ağacı ətrafında keçirilən bayram tədbirləri həm də yanğın təhlükəsini yaradır. Təəssüflə qeyd edilməlidir ki, bəzən insanların ən sadə təhlükəsizlik qaydalarına etinasız münasibəti sonda əziz bayramın faciəyə çevrilməsinə səbəb olur.