CƏMİYYƏT


"YAŞAT" Fondu 15 minə yaxın şəxsin müraciətini öhdəliyə götürüb

"YAŞAT" Fondunun əməkdaşları 3 min 4 şəhidin ailə üzvləri, həmçinin 6 min 230 yaralı olmaqla 17 min 670 şəxslə görüşüb, onların ehtiyaclarını qeydə alıblar.AZƏRTAC xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun ikiillik fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.