Azərbaycan Dövlət İnformasiya Agentliyi

DSX: Qazax və Ağstafa sakinləri sərhəd naryadı tərəfindən saxlanılıb

08.12.2022 [13:23]

Xəbərin mətni

Dekabrın 5-də saat 18:40-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən üç naməlum şəxs sərhəd naryadı tərəfindən saxlanılıb.