Şeyxülislam: Ermənistanın revanşizm təzahürləri səngimir
08.12.2022 [17:01]
Xəbərin mətni
Moskvada Məhəmməd Peyğəmbərin hicrətinin 1400 illiyinə və Volqaboyu bulqarlarının İslamı qəbul etməsinin 1100 illiyinə həsr olunmuş XVIII beynəlxalq müsəlman forumu keçirilir.AZƏRTAC xəbər verir ki, “Ədalət və mötədillik - dünya nizamının ilahi prinsipləri” mövzusunda təşkil olunmuş forumun qonaqları və iştirakçıları dünyanın 30 ölkəsindən, o cümlədən Azərbaycan, Belarus, Misir, Hindistan, İndoneziya, İraq, İran, Qazaxıstan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə, Özbəkistandan dini liderlər, akademik icmanın nümayəndələri, yüksəkvəzifəli siyasi və ictimai xadimlərdir.