ABŞ-da zavodda partlayış baş verib: yaralananlar var
09.12.2022 [13:44]
Xəbərin mətni
ABŞ-ın Ayova ştatının Marenqo şəhərində soya emalı zavodunda partlayış baş verib, bir neçə nəfər xəsarət alıb. Bu barədə ABC telekanalı məlumat yayıb.AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yaralananlar Ayova-Siti xəstəxanasına aparılıb.Hadisənin səbəbləri, zərərçəkənlərin sayı və vəziyyəti barədə hələ ki məlumat verilməyib.