CƏMİYYƏT


Yük parametrlərini aşma halları ilə bağlı sanksiyalar tətbiq ediləcək

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yükdaşıma qaydalarına pozan sürücülərə qarşı mübarizə tədbirləri davam etdirilir.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yüklərin daşınması zamanı avtonəqliyyat vasitələrinin nəzərdə tutulmuş normadan artıq yüklənməsi hallarının doğurduğu fəsadlar, o cümlədən yol örtüyünün vaxtından tez sıradan çıxması, yolun deformasiyaya uğraması nəticəsində qəza riskinin dəfələrlə artması, digər hərəkət iştirakçıları üçün real təhlükə yaranması və sair neqativ hallar barədə dəfələrlə xəbərdarlıq edilməsinə, maarifləndirmə xarakterli tədbirlər görülməsinə baxmayaraq, təəssüf ki, yenə də müvafiq tələbləri pozan sürücülərə rast gəlinir.