CƏMİYYƏT


İşğaldan azad olunmuş ərazilərimizdə yeni texnika və müasir avadanlıqlardan istifadə olunacaq

Ölkəmizə Fövqəladə Hallar Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni texnika və avtomobillər gətirilib. FHN tərəfindən işğaldan azad edilmiş ərazilərdə yanğından mühafizə üçün “KamAZ” markalı 100 yanğınsöndürən və “İveco” markalı 50 xüsusi təyinatlı yanğınsöndürən avtomobil alınıb.