DÜNYA


Qaçaqmalçılıq yolu ilə oğurlanan çini Türkiyəyə geri qaytarılıb

Anadolunun nadir nümunələrindən biri olan 16 əsrə aid çini əl işi Türkiyəyə geri qaytarılıb. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Londondakı "Bonhams Hərrac Evi"nə müraciətdən sonra satışı dayandırılan çini hazırda Ankarada "Vəqf Əsərləri Muzeyi"ndə sərgilənir. Tarixi tapıntı tezliklə əvvəlki yerinə - Adana Seyhan Ulu məscidinə göndəriləcək.