Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkəmizə külli miqdarda narkotik vasitələr keçirmək istəyən İranlı şəxslər saxlanılıblar

10.12.2022 [17:12]

Xəbərin mətni

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 9-u gecə saat 22 radələrində İran İslam Respublikasının Germi şəhərinin sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu saxlanılıblar.