Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliya Aralıq dənizində üzən humanitar gəmilərdəki 500-dən çox miqrantı qəbul edəcək

11.12.2022 [13:31]

Xəbərin mətni

İtaliya Aralıq dənizində üzən humanitar gəmilərdəki 500-dən çox miqrantı qəbul edəcək.AZƏRTAC xəbər verir ki, İtaliya sahillərinə yan alan “SOS Humanity” qeyri-hökumət təşkilatına məxsus “Humanity 1”gəmisinin göyərtəsindəki 261 miqrant Bari şəhərinə çatdırılacaq. Sərhədsiz Həkimlər Təşkilatına məxsus “Geo Barents” gəmisindəki 248 miqrant isə Salerno şəhərinə gətiriləcək.