Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib
12.12.2022 [18:11]
Xəbərin mətni
Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ziyarət zamanı Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.