Berlində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
13.12.2022 [12:09]
Xəbərin mətni
Azərbaycanın Almaniyadakı səfirliyi Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı anım tədbiri keçirib.Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirdə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə nəzər salıb, onun müasir Azərbaycan dövlətçiliyinin qurulmasındakı əvəzsiz xidmətlərindən bəhs edib.