DÜNYA


Braziliyanın sabiq prezidentinin tərəfdarları iğtişaşlar törədiblər

Braziliyanın sabiq prezidenti Jair Bolsonarunun tərəfdarları paytaxt küçələrində iğtişaşlar törədiblər. Etirazçılar əvvəlcə Braziliya Federal Polisinin qərargahına soxularaq, ölkənin yerli xalqlarından birinin liderinin saxlanmasına etiraz ediblər. Polis onları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etdikdən sonra etirazçılar polis idarəsinin yaxınlığındakı avtomobilləri və avtobusları yandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır