SİYASƏT


İranlı deputat: Heydər Əliyev dahi şəxsiyyət kimi tarixdə xüsusi iz qoyub

Azərbaycanın İrandakı səfirliyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Tarix yaradan dahi şəxsiyyət” adlı anım mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, İran parlamentinin, Xarici İşlər Nazirliyinin, yerli media qurumlarının, eləcə də Tehranda yaşayan Azərbaycan diasporunun üzvlərinin və ictimaiyyətin nümayəndələrinin qatıldıqları tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.