Prezidentin köməkçisi: Azərbaycanın mineral və təbii ehtiyatları qanunsuz istismar edilib
13.12.2022 [18:01]
Xəbərin mətni
Azərbaycanın mineral və təbii ehtiyatları qanunsuz istismar edilib. “Qızılbulaq” və “Dəmirli” faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı halları intensivləşib və müxtəlif mənbələrə əsasən, bu fakt təsdiqini tapıb.AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə görüşündə deyib.