DÜNYA


Konqonun paytaxtında daşqınlar 120 nəfərin həyatına son qoyub

Güclü yağışlar Konqonun paytaxtı Kinşasa şəhərində 120 nəfərin həyatına son qoyub. AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Yağışların yaratdığı daşqınlar və torpaq sürüşməsi nəticəsində şəhərin bütün küçələri su altında qalıb, evlər və yollar dağılıb. Hökumət orqanları paytaxt əhalisini küçədə hərəkət edərkən diqqətli olmağa çağırıb.